İdman

Pepe rəqabətə hazırdır

“Real”la müqaviləmin müddətini uzadacağam. Çünki Madriddə özümü çox yaxşı hiss edirəm”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Madrid “Real”ının futbolçusu Pepe deyib.

 

İspaniya mətbuatına açıqlama verən təcrübəli müdafiəçi gələcək karyerası ilə bağlı danışıb. O, futbolla məhz hazırkı komandasında vidalaşmaq istədiyini bildirib: “Qızım Madriddə təhsil alır. Arzum karyeramı “Real”da bitirməkdi. Portuqaliya yığmasındakı çıxışımı da hələ dayandırmaq istəmirəm. Millinin əsas heyətindəki yerim uğrunda mübarizə aparmağa hazıram”.

 

Qeyd edək ki, karyerası ərzində “Maritimo” və “Porto” klublarının da formasını geyinmiş Pepe 2007-ci ildən “Real”ın şərəfini qoruyur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43