İdman

“Qəbələ” “Anderlext” üçün hazırlaşır

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçının hazırlıqlarına başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqasının 4-cü turunun dünən keçirilən səfər oyununda “Neftçi” ilə qarşılaşan (8:0) “qırmızı-qaralar” Belçikanın “Anderlecht” klubu görüş üçün məşqlərə bu gün start verib.

Günün ilk yarısında baş tutan hazırlıqda futbolçular iki qrupa bölünüblər. “Neftçi” ilə matçın iştirakçıları bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə Bakı Olimpiya Stadionunda topla çalışıblar. Sabaha nəzərdə tutulan məşq də iki qrupda keçiriləcək. Birincilər fiziki hazırlıq keçəcəksə, digərləri yaşıl meydanda məşq edəcək.

Xatırladaq ki, “Anderlecht” – “Qəbələ” matçı sentyabrın 15-də keçiriləcək. Brüsselin “Konstant van den Stok” stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43