10 İyul 2026
İdman

“Qarabağ” – “Slovan”: Mətbuat konfransı

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Slovan” (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. 

İdmanxeber.com-un məlumatına görə, sentyabrın 14-də “Azərsun Arena”nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Slovan”ın son məşqi isə saat 19:00-da qarşılaşmanın “Dalğa Arena”da baş tutacaq. Çexiya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

QEYD: Rəqibin son məşq və mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün “Azərsun Arena”dan xüsusi avtobus ayrılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı15 sentyabr saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43