“Marsel” Real”ın keçmiş baş məşqçisi Xabi Alonsona təklif göndərib.
İdmanxeber.az-ın məlumatına görə, lakin 44 yaşlı mütəxəssis Liqa 1 klubunun təklifini klubdakı qeyri-sabit vəziyyət səbəbindən rədd edib.
Alonso daha əvvəl “Mançester Siti”yə rəhbərlik edə biləcəyi barədə də gündəmə gəlmişdi.
O, ötən ilin iyunundan “Real”ı çalışdırır, bu ilin yanvarında istefaya göndərilmişdi.

