Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan olacaq.
İdmanxeber.az xəbər verir ki, Fransa Futbol Federasiyası Zinəddin Zidanla razılığa gəlib. 53 yaşlı mütəxəssis DÇ-2026-dan sonra millinin başına keçəcək.
Zidan bunun üçün “Real” və “Fənərbağça”nın təkliflərini rədd edib. Didye Deşam isə mundialdan sonra istefa verərək “Əl-İttihad”la müqavilə imzalayacaq.
Zidan son olaraq 2021-ci ildə “Real”ı çalışdırıb və klubla ÇL, iki La Liqa və digər titullar qazanıb.

