19 İyul 2026
Dünya futbolu

“Fənərbağça” norveçli hücumçunu istəyir

“Atletiko”nun hücumçusu Aleksander Sörlot hələ də “Fənərbağça”nın əsas transfer hədəflərindən biridir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu norveçli forvardı satmağa tələsmir. Yalnız 35 milyon avronu keçən təkliflər dəyərləndiriləcək.

Bununla belə, Sörlot hazırda Türkiyəyə keçidi prioritet saymır.

29 yaşlı hücumçu bu mövsüm 14 oyunda 2 qol vurub. Onun “Atletiko” ilə müqaviləsi 2028-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43