Azərbaycan milli komandasının heyətində Fransa ilə görüşdə zədələnən Şahruddin Məhəmmədəliyevin zədəsi ciddidir.
İdmanxeber.az-a verilən məlumata görə, qapıçının qasıq nahiyəsində problem aşkarlanıb. Bu səbəbdən də təcrübəli qolkiper bir müddət yaşıl meydanlardan kənar qalacaq.
Futbolçunun əməliyyat olunacağı gözlənilir. Şahruddin bir müddətdir bu ağrılardan əziyyət çəkir.
Onun qısa zamanda əməliyyat üçün ölkə xaricinə yollanacağı bildirilir.
Xatırladaq ki, Məhəmmədəliyev Fransa matçının ikinci hissəsində zədə səbəbindən meydanı tərk edib.
Həsən Quluzadə

