“Lion”un yarımmüdafiəçisi Ussem Auar karyerasını İtaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, “Roma” 24 yaşlı fransızla 5 illik müqavilə bağlayıb. Bir neçə gün əvvəl tərəflər sənədləri imzalayıblar.
Fransa klubu bu həftə oyunçunun azad agent kimi ayrıldığını açıqlayacaq.

