Dünya futbolu

“Milan” “Çelsi”nin təklifini geri çevirdi

“Çelsi” “Milan”ın qapıçısı Mayk Menyanla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, London klubunun nümayəndələri qarşı tərəfdən 27 yaşlı oyunçunu istəsələr də, rəhbərlik təklifi geri çevirib. 

Bu mövsüm Menyan bütün yarışlarda 29 oyuna çıxıb, 27 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.

O, zədə səbəbindən mövsümün bir hissəsini buraxıb. Nüfuzlu “Transfermarkt” portalı qapıçının dəyərini 35 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43