“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Sportinq” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının daha yaxşı oynamalı olduğunu bildirib. O, oyunu belə şərh edib:
“Bir sıra səhvlərə yol verdik. İlk hissədə futbolçularda gərginlik var idi. İkinci hissədə üç yarımmüdafiəçi ilə oynadıq ki, bu da bizə daha geniş imkan verdi.
“Sportinq” matç boyu təzyiq göstərməyə çalışdı, ancaq bunu qarşısını ala bildik. Qələbə asan olmadı”.
Komandalar arasında cavab oyunu aprelin 20-də Lissabonda keçiriləcək.

