11 İyul 2026
Dünya futbolu

“Gələn mövsüm də “Real”da qalacam” – Karlo Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubundakı gələcəyi haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis barədə davamlı müxtəlif iddialar ortaya atılır. Ancaq Ançelotti “The Atletic” nəşrinə etdiyi açıqlama ilə bunlara son qoyub:

“Biz irəliyə baxmalıyıq. Şübhəsiz ki, gələn mövsüm də “Real”da qalacam Müqaviləmin sonuna qədər buradayam”.

63 yaşlı mütəxəssis 2021-ci ilin yayından Madrid klubunu çalışdırır. “Real” 28 matçdan sonra 59 xalla La Liqada ikincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43