11 İyul 2026
Dünya futbolu

Messidən açıqlama: “Necə olacağını həqiqətən bilmirəm”

PSJ-nin hücumçusu Lionel Messi gələcək karyerası ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu Paris klubundakı bəlirsizliyin davam etdiyini etiraf edib. O, “Barselona”ya qayıdıb-qayıtmayacağı suala belə cavab verib:

“Gələcəyin mənə nə gətirəcəyini bilmirəm. Bu barədə fantaziya qurmağı və nə ola biləcəyini düşünməyi sevirəm. Amma necə olacağını həqiqətən bilmirəm. Olmalı olduğu kimi də olacaq. Tanrının olmasını istədiyi kimi”.

Hücumçunun PSJ ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43