PSJ-nin baş məşqçisi Kristof Qaltye haqqında çıxan irqçilik iddialara münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı mütəxəssis bunları qəti şəkildə yalanlayıb. O, hüquqi yollarla haqqını axtaracağını açıqlayıb:
“Haqqımda yayılan məlumat məni çox sarsıtdı. Bu məni kökündən incidir. Mən qarışıq bir mühitdə böyümüşəm, mənşəyindən və dəri rəngindən asılı olmayaraq hər kəsə hörmət etməyi bacarıram.
Mən adımı belə ləkələyə bilmərəm. Ona görə də şərəfimə toxunan hər kəsə cavabım sərt olacaq. Əminəm ki, ədalət qalib gələcək”.
Xatırladaq ki, Qaltyenin “Nitsa”da çalışdığı dönəmdə klubun direktoru Furniyeyə məktub göndərərək heyətdə çoxlu sayda qaradərili və müsəlmanın olmasının yolverilməz olduğu dediyi iddia olunur.

