05 İyun 2026
Ölkə futbolu

Gəncəli azarkeşləri sevindirəcək xəbər – SON DƏQİQƏ!

Növbəti mövsüm iddialı olacağı gözlənən “Kəpəz” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi iki futbolçu ilə anlaşıb. Rəhbərlik ötən mövsüm komandada çıxış edən Məhəmməd Ba və Luis Paçuyla razılığa gəlib.

Müqaviləsi bitən futbolçularla yeni sözləşmə imzalanıb. Rəhbərliyin təklifini qəbul edən oyunçular növbəti mövsüm də Gəncə klubunda forma geyinəcək. 

Qeyd edək ki, Paçu ötən mövsüm “sarı-göylər”də 30 oyun keçirib, 4 qol vurub, 4 assist edib. Ba isə 27 oyunda meydana çıxıb və 3 dəfə adını tabloya yazıdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43