Dünya futbolu

“Hava şəraiti bizim üçün gözlənilməz oldu” – Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Qarabağ” “Molde”nin qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən.mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Vacib oyundur bizim üçün. “Molde”nin özünəməxsus oyun sistemi var. Hər iki komandaya nəticə lazımdı. Bəlkə də hava şəraiti bizim üçün gözlənilməz oldu. Futbolçularım sabahkı oyunda etdiklərindən, göstərdiklərindən daha yaxşı oyun keçirməlidilər. 

– Sünı örtük və şaxtalı hava komandanı qayğılandıran məqamlardandı. Lakin “Qarabağ” daha öncə belə havada “Vorskla”, “Kayrat” kimi komandalarla oyunda uğur qazanmısız. Bu komanda üçün əlavə motivasiya ola bilərmi?

Hər iki komanda üçün şərait eynidi. Lakin bizdən fərqli olaraq, onlar bu meydana, havaya öyrəşiblər. Bəli, o oyunlar bizim üçün motivasiya ola bilər. Çox istəyirəm ki, futbolçularım digər oyunlardakından da yaxşı bərk olsunlar və əllərindən gələni etsinlər.

– Qrupdakı vəziyyəti nəzərə alsaq, sabahkı oyunda heç-heçəni uğurlu hesab etmək olarmı?

Uğurlu saymaq olar. Amma futbol elə oyundur ki, minimalhesablı məğlubiyyət son oyunlarda hər şeyi dəyişə bilər. Bunları oyundan sonra döyüşəcəyik. Amma sabahkı oyunda motivasiyamız daha yaxşı nəticə əldə etməkdir. Oyunun gedişatında ümumi nəticəni analiz edəcəyik.

– “Qarabağ”ın “Molde” ilə matçı UEFA-nın diqqət mərkəzindədir. Səsvermədə azarkeşlərin 78 faizi “Qarabağ”ın qalib gələcəyini düşünür. Siz nə fikirləşirsiz?

– İnandıqlarına görə təşəkkür edirəm. Amma biz bunu düşünərək meydana çıxmayacağıq. Biz sadəcə hər şəraiti, oyunun gedişatını nəzərə alacağıq ki, uğurlu nəticə olsun. İnam varsa, bizə verilən böyük dəyərdir. Sabah da çalışacağıq ki, daha yaxşı nəticə əldə edək.

– “Bayer”lə hər iki görüşdə açıq futbol sərgilədiniz. Sabahkı görüşdə turniri cədvəli nəzərə alınacaq, yoxsa birinci nömrə ilə oynayacaqsız?

-Bütün oyunlarda rəqibdən asılı olmayaraq, ilk düşüncəmiz öz oyunumuzdan əl çəkməməkdir. Sadəcə, rəqib buna nə dərəcədə imkan verir? Uğurlu nəticə əldə etmək istəyiriksə, ilk olaraq öz oyunumuzdan maksimum istifadə etməliyik. Sabah da çalışacağıq ki, futbolçulardan bunu tələb edək və bunu düzgün yerinə yetirmək lazımdır. “Molde” təcrübəli komandadır, öz oyun sistemindən əl çəkmir. Biz qalib gəlmək istəyirik, bu haqda rəqib də düşünür. “Molde”nin də oyunu var və daim onu yerinə yetirməyə çalışır. Sabah meydanda iki keyfiyyətli, bacarıqlı komanda üz-üzə gələcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43