Kateqoriyasız

Veşoviç “Molde” oyunu ilə bağlı nə dedi?

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Avropa Liqasının 5-ci turunun “Molde” ilə oyunundan öncə mətbuat konfransında iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, monteneqrolu yarımmüdafiəçi sabah keçiriləcək görüşlə bağlı danışıb:

“Bizi çətin oyun gözləyir. Rəqib də çətindir. Meydança da sünidir. Hava şəraiti də bizə çətinlik yaradacaq. Amma əlimizdən gələni edəcəyik ki, buradan yaxşı nəticə ilə ayrılaq”.

O, sabahkı matçda oynamağa hazır durumda olduğunu da deyib: “Bayer”ə qarşı və Monteneqro millisindəki son iki oyunu yəqin ki, izləməmisiz. Motivasiyam var və hazıram. Sabahkı matçda əlimdən gələni etməyə hazıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43