Ölkə futbolu

Ramil Şeydayevi təkləyib döydülər

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailand “Buriram Yunayted”inin  Asiya Çempionlar Liqasında Çinin “Zhejiang”ına qarşı matçından sonra dava düşüb.

İdmanxeber.az  xəbər verir ki, matçdan dərhal sonra hər iki komandanın oyunçuları və məşqçiləri arasında kütləvi dava düşüb. Şeydayev də münaqişənin iştirakçısı olub. Çin klubunun bir çox futbolçusu R.Şeydayevi döyüblər.

Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43