Hollandiya liqalarında müsəlman futbolçuların Ramazan ayında oyun zamanı iftar açmasına şərait yaradılıb.
İdmanxeber.az-ın məlumatına görə bu barədə Hollandiya Futbol Federasiyası qərar qəbul edib.
Qərara əsasən oyun zamanı müsəlman futbolçular iftarını aça biləcək. Hakimlər iftar zamanı 5 dəqiqəlik fasiləyə imkan yaradacaqlar.
Qeyd edək ki, bir çox liqalarda artıq bu cür qərarlar qəbul olunub. Yalnız Fransa liqalarında buna imkan verilmir.

