PSJ Fransa Liqa 1-də öz meydanında ötən gün “Lion”a məğlub olub – 0:1.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubunun fanatları məğlubiyyəti həzm edə bilməyib və komandanın ulduz futbolçusu Lionel Messini fitə basıblar. Argentinalı futbolçu isə azarkeşlərin bu sərt təpkisinə susaraq reaksiya verib.
Qeyd edək ki, PSJ məğlubiyyətə rəğmən ən yaxın izləyicisi “Lans”dan 6 xal öndədi.

