İdman

Hövsandakı ölüm hadisəsinin görüntüləri yayıldı: Rinq can aldı (VİDEO)

Hövsan Olimpiya Kompleksindəki qaydasız döyüş üzrə Azərbaycan çempionatı zamanı ölüm hadisəsinin qeydə alındığı qarşılaşmanın videogörüntüləri yayılıb. Sportnet.az-ın məlumatına görə, hadisə baş verən zaman Quba idmançısı Ramin Zeynalov rəqibin fəndinin qurbanı olub.

Fəndə düşən Zeynalov ardıcıl zərbələrdən sonra huşunu itirib. Sonradan məlum olub ki, idmançı dünyasını dəyişib. Səkkiz guşəli rinqdə ölüm hadisəsindən sonra Azərbaycan çempionatı dayandırılıb, yarışın digər görüşləri baş tutmayıb. Hadisədən sonra tibbi ekspertiza üçün Ramin Zeynalovun meyidi müayinə edilib və onun ürəyinin zərbədən sonra dayandığı təsdiqlənib. Hazırda mərhum idmançının dəfn mərasimi keçirilir.

Qeyd edək ki, Ramin Zeynalovun iki yaşında bir övladı var.

İdmanxeber.com hədisənin görüntülərini Atv.az-a istinadən təqdim edir…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43