Ölkə futbolu

“İki komanda da yaxşı oyun nümayiş etdirdi” – “Sabah”ın məşqçisi

“Bu gün hər iki komanda yaxşı oyun nümayiş etdirdi. “Kəpəz” yaxşı komandadır. Amma biz onlara imkan vermədik ki, müsbət nəticə əldə etsinlər. Futbolçuların oyununa “əhsən” deyirik. Onlardan məmnunuq. İkinci yeri təmin etməyimizə baxmayaraq yaxşı motivasiya ilə oynadılar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın məşqçisi Artur Olenin “Kəpəz” görüşü sonrası deyib. O, daha sonra belə davam edib:

“Hesabda 2 :0 önə keçdikdən sonra oyun üstünlüyünü əldən vermişdik. Amma dəyişikliklər etdikdən sonra üstünlük bizim tərəfimizə keçdi. Meydana daxil olan futbolçular yaxşı çıxış etdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43