22 İyul 2026
Kateqoriyasız

“İmişli” aşağı liqa klubuna məğlubiyyəti həzm edə bilmədi – Oyun yarımçıq dayandırıldı

Təlim-məşq toplanışını davam etdirən “İmişli” bu gün növbəti yoxlama matçına çıxıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu bu gün Birinci Liqanın lideri “Şəfa” ilə qarşılaşıb.

Bakı Olimpiya stadionunun yardımçı meydançasında keçirilən matç 80-ci dəqiqədə dayandırılıb. Buna səbəb “İmişli”nin görüşdə hesabda geri düşməsi və bundan sonra matçda hər iki kollektivin aqressiya nümayiş etdirmsi olub. 

“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya komandasının sərgilədiyi futboldan, meydandakı mübarizədən narazı qalıb və komandasını 80-ci dəqiqədə meydandan çıxarıb.

Qeyd edək ki, 80-cı dəqiqəyə kimi “Şəfa” hesabda 1:0 öndə idi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43