27 İyun 2026
Ölkə futbolu

“İnşallah, bir gün “Xəzər Lənkəran” yenidən bərpa olunar” – Mübariz Mənsimov

“Xəzər Lənkəran” klubunun keçmiş sahibi Mübariz Mənsimov sosial şəbəkədə komandanın sabiq futbolçusu Oktay Derelioğlu ilə fotosunu paylaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyədə yaşayan iş adamı paylaşımına belə şərh yazıb:

“Bir zamanlar yalnız Azərbaycanın yox, həm də Türkiyənin tanıdığı, böyük hörmət bəslədiyi əfsanəvi futbolçu, “Xəzər Lənkəran”ın önəmli oyunçularından biri olan Oktay Derelioğlu qonağım oldu. Futbolun bu günü və Azərbaycan futbolunun son illərdəki nailiyyətlərindən danışdıq. Mənim üçün çox dəyərli anlar idi.

İnşallah, bir gün “Xəzər Lənkəran” yenidən bərpa olunar və Oktay Derelioğlunu komandamızın baş məşqçisi kimi görək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43