Belçika yığmasının futbolçusu Amadu Onana Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi matçda çətinliklərlə üzləşdiklərini bildirib. O, millimizi yaxşı komanda olduğunu bildirib:
“Azərbaycan bizə problem yaradan hörmətəlayiq rəqibdir. Mürəkkəb meydançada çətin oyun oldu. İnsanlar asanlıqla qalib gələcəyimizi gözləyirdi. Lakin asan matç olmur. Məqsəd Bakıda qol vurmaq və 3 xal qazanmaq idi. Ən başlıcası qələbə qazanmaqdır. Düşünürəm ki, meydanın mərkəzinə düzgün nəzarət etdik. Müdafiə ilə yaxşı anlaşma içində olduq və xətlər arasındakı aqressivliyi qorumağa çalışdıq”.
“Dalğa Arena”da təşkil olunan qarşılaşmada yeganə qola Yannik Karrasko imza atıb.

