“Lill”in hücumçusu Conatan Deyvid “İnter”ə keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubu kanadalı futbolçuya illik 5 milyon avro maaş təklif edib. Hücumçu hələlik qərar verməyə tələsmir. O, digər təklifləri də dəyərləndirmək istəyir.
25 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 44 matçda meydana çıxıb, 23 qol vurub və 10 məhsuldar ötürmə edib.
Onun “Lill”lə hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq.

