26 İyun 2026
Dünya futbolu

“İnter”dən yeni transfer hədəfi

“İnter” gözünü “Roma”nın yarımmüdafiəçisinə dikib

idmanxeber.az xəbər verir ki, Milan təmsilçisi paytaxt klubunun fransalı futbolçusu Manu Koneyi transfer etmək istəyir.

24 yaşlı yarımmüdafiəçi üçün müəyyənləşdirilən qiymət 40 milyon avrodur. Məlumata görə, “İnter” yanvar ayında “Roma”ya rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Kone bu mövsüm “Roma”nın heyətində 2 rəsmi görüşdə meydana çıxıb, lakin hələlik məhsuldar göstəricisi yoxdur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43