Ölkə futbolu

İrqçiliyə görə cəza verildi

UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 turniri çərçivəsində 08.05.2016-cı il tarixində keçirilmiş Azərbaycan U-17 – Belçika U-17 oyununda qeydə alınmış xoşagəlməz halla bağlı UEFA qərar qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, Oyun zamanı Belçika komandasının nümayəndələri öz oyunçularına 


qarşı azarkeşlər tərəfindən Azərbaycan qonaqpərvərliyinə yaraşmayan irqçi ifadələrin səsləndirildiyi iddiası ilə


UEFA-ya müraciət etmişdilər. UEFA dərhal AFFA-ya qarşı intizam icraatı başlayaraq məsələni araşdırmış və


AFFA-dan məsələyə münasibət bildirməsini tələb etmişdir. AFFA tərəfindən məsələyə əsaslandırıcı münasibət


 bildirilmiş, azarkeşlərimizin hər zaman FİFA-nın və UEFA-nın futbolda irqi və digər ayrı-seçkiliklərə qarşı


 prinsipinə uyğun davrandıqları qeyd olunmuşdur.


Yekun olaraq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələ ilə bağlı AFFA-nın əsaslandırılmış mövqeyini nəzərə alaraq, bu  cür hallarda nəzərdə tutulan ən yüngül cəza növlərindən birini – UEFA bayrağı altında keçiriləcək yarışlar zamanı növbəti ev oyununda azı 300 nəfərdən ibarət olan sektorun bir oyunluq qapadılması və həmin sektorda UEFA-nın loqosu əks olunan “No to Racism” (Rasizmə Yox) şüarının yerləşdirilməsi barədə qərar qəbul edib. Qərar 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları oyununda icra olunacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43