10 İyul 2026
Dünya futbolu

İspaniya klubu Antonini transfer etmək istəyir

İspaniyanın “Betis” klubu Antonini birdəfəlik transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik icarə əsasında komandada çıxış edən futbolçu  ilə bağlı gələcəyi müzakirə etmək üçün “Mançester Yunayted” rəsmiləri ilə görüşəcək.

 Performansıyla diqqət çəkən braziliyalı futbolçu üçün danışıqlar yaxın günlərdə başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43