10 İyul 2026
Dünya futbolu

“Qalatasaray” futbolçusuna qiymət qoydu

“Qalatasaray” Barış Alper Yılmazın qiymətini  müəyyənləşdirdi.

İdmanxeber.az-ın məlumatına görə, Avropanın nəhəng klublarının diqqətində olan 23 yaşlı futbolçu üçün İstanbul təmsilçisi minimum 40 milyon avro tələb edir. Bu məbləğdən aşağıya oyunçunun satılmayacağı bildirilib.

Xatırladaq ki, Barışə Premyer Liqa klublarından maraq var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43