05 İyun 2026
Dünya futbolu

İspaniyalı hücumçu “Arsenal”a doğru

“Atletik”in hücumçusu Niko Uilyams karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” 22 yaşlı ispaniyalının xidmətində maraqlıdır. London klubunun baş məşqçisi Mikel Arteta ötən yay futbolçu ilə müqavilə imzalamaq istəyirdi.

Bu mövsüm Uilyams 38 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43