22 İyul 2026
İdman

İsveç və Yunanıstan yığmamıza rəqib oldu

İsveçrənin Nyon şəhərində futzal üzrə 2016-cı il Dünya Çempionatının ilkin və əsas raundlarının püşkü atılıb.

Azərbaycan milli komandasının rəqibləri də müəyyənləşib.

Belə ki, seçməmiz əsas raundda mübarizəyə qoşularaq Xorvatiya, Belarus və ilkin raundun “B” qrupunun qalibi ilə qarşılaşacaq ki, bu qrupda Yunanıstan, Çernoqoriya, İsveç və San-Marino yığmaları yer alıb.

Qeyd edək ki, Azərbaycan əsas raund çərçivəsində oyunlarını dekabrın 10-dan 13-dək Xorvatiyada keçirəcək. (AFFA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43