Dünya futbolu

İtaliya “İnter”i “Qarabağ”a tanış olan futbolçunu transfer etdi

“İnter” “Fiorentina”nın yarımmüdafiəçisi Matias Vesinonu transfer edib.

Idmanxeber.com-un məlumatına görə, 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“İnter”in bu transfer üçün qarşı tərəfə 24 milyon avro transfer ödədiyi iddia edilir.

Qeyd edək ki, uruqvaylı futbolçu ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la Bakıdakı son matçında fərqlənmişdi. O, “Fiorentina”nın 2:1 hesabı ilə qalib gəldiyi görüşün 60-cı dəqiqəsində hesabı açmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43