07 İyun 2026
Dünya futbolu

İtaliya klubu baş məşqçini dəyişə bilər

İtaliyanın “Atalanta” klubu  baş məşqçini dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Can Pyer Qasperini mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlsə, rəhbərlik ona mane olmayacaq. Təcrübəli mütəxəssisin yerinə iki namizəd var – İqor Tudor və Mauritsio Sarri. 

Bu məşqçilər Qasperinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir.

Hər iki mütəxəssis “Atalanta” rəhbərliyinin diqqətindədir və əsas namizədlər arasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43