“Beşiktaş”dan “Kalyari”yə transfer olunan Semih Kılıçsoy barədə yeni iddialar yayılıb.
İdmanxeber.az-ın məlumatına görə, gənc hücumçu oyun praktikasını artırmaq üçün klubun U-20 komandasına göndərilib.
Lakin Andrea Belottinin “İnter”lə görüşdə aldığı zədədən sonra Kılıçsoyun durumu yenidən nəzərdən keçiriləcək.
Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm “Kalyari”nin heyətində 6 oyunda iştirak edib və hələ qol sevinci yaşaya bilməyib.

