05 İyun 2026
Ölkə futbolu

İtaliyada “Qarabağ” azarkeşlərinə nə qədər yer ayrılıb?

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli” ilə matç üçün “Qarabağ” azarkeşlərinə ayrılan yerlərin sayı açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Oyun üçün biletlərin bu gün satışa çıxarılacağı da bildirilib. “Stadio Diego Armando Maradona”da “Qarabağ”ın azarkeşləri üçün 2480 yer ayrılıb.

Vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq. Azarkeşlər ayrılmış sektorlara “Gate 26” vasitəsilə daxil olacaq.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43