Müsahibə

Jeff Ştrasser: “Bu barədə UEFA qərar verməlidi”

Bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “İnter”  “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Fola”nın baş məşqçisi Jeff Ştrasser jurnalistlərin suallarını cavblandırıb:

– Hesab edirəm ki, heç-heçə ədalətli nəticə olardı. Əgər qol vura bilsəydik daha yaxşı olardı. Ancaq nə etmək olar, belə alındı…

– Oyunun sonlarında Denis Silva ilə aranızda mübahisə yaşandı və topu kənara atdınız. Baş məşqçi

– Bu barədə UEFA qərar verməlidi.

– 1:0 hesablı məğlubiyyətdən sonra komandanızın şanslarını necə dəyərləndirərdiniz?

– Əgər komanda ilk oyunda 1:0 hesabı ilə qalib gəlibsə, deməli, onun şansı daha yüksəkdi. Amma bizim də şanslarımız var. Cavab görüşündə daha yaxşı oynamağa çalışacağıq.

– Ölkə çempionatında 3-cü yeri tutmağınıza baxmayaraq, “Zirə”nin məğlub etdiyi “Differdanj”dan daha yaxşı təsir bağışladı sizin komandanız…

– İlk dəfə idi ki, “Differdanj” çempionatı bizdən öndə bitirdi. Bizdə çempionatın sistemi fərqlidir, həm də 14 komanda çıxış edir. Biz ölkə çempionatında “Differdanj”a məğlub olmuşduq.

– “İnter”dən gözlədiyiniz oyunu gördünüzmü?

– Əlbəttə. Onların oyunlarını izləmişdik və bilirdik ki, belə oyun nümayiş etdirəcək. Növbəti oyunda daha yaxşı hazırlaşıb, səhvlərimizi düzəltməliyik və qalib gəlməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43