04 İyun 2026
Ölkə futbolu

“Kəpəz” üç futbolçu ilə bağlı qərarını verdi 

“Kəpəz” növbəti mövsümlə bağlı çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi ötən mövsüm komandada çıxış edən bəzi futbolçularla bağlı qərarını verib. “Sarı-göylər” Əli Səmədov, Ülvi Səmədov və Elmir Tağıyevlə yola davam edəcək.

Baş məşqçi Adil Şükürov oyunçuların komandada qalmasını istəyib. Bu səbəbdən də rəhbərlik adıçəkilən futbolçularla müqavilə uzadacaq.

Yaxın günlərdə oyunçularla sözləşmə imzalandığını klub rəsmən açıqlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43