07 İyun 2026
Ölkə futbolu

“Kəpəz”dən Mirça Rednik açıqlaması – Azər Bağırov göndərilir?

“Mirça Redniklə heç bir əlaqəmiz olmayıb. Azər Bağırovun klubla müqaviləsi var. Onunla işimiz davam edir”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in Media və Marketinq üzrə Direktoru Gəray Qiyasov klubun Mirça Redniklə danışıq apardığı iddilarına münasibət bildirərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Baş məşqçinin qarşısına komandanı Premyer Liqada saxlamaq hədəfi qoyulub. Mövsüm bitəndən sonra isə Azər müəllimlə görüş olacaq. Yayda növbəti mövsümün müzakirəsi aparılacaq. Hazırda baş məşqçi axtarışında deyilik. Redniklə isə ümumiyyətlə, əlaqə saxlamamışıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43