05 İyun 2026
Ölkə futbolu

“Kəpəz”in yarımmüdafiəçisi Tacikistan millisinə çağırıldı

“Kəpəz”in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb.

İdmanxeber.az-ın məlumatına görə, Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.

Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43