05 İyun 2026
Dünya futbolu

“Milan” italiyalı futbolçu ilə maraqlanır

“Bolonya”nın yarımmüdafiəçisi Covanni Fabbian karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Milan” 22 yaşlı italiyalıya iddialıdır. “İnter”in də futbolçunu 12 milyon avroya almaq hüququ var, lakin klub hələ onunla ilə bağlı qərar verməyib.

Bu mövsüm Fabbian 30 oyun keçirib, 2 qol vurub. “Transfermarkt” portalı futbolçunun dəyərini 13 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43