07 İyun 2026
Ölkə futbolu

“Kəpəz”in yeni baş məşqçisi bilindi – İki nəfər də özü ilə gətirir

“Kəpəz”in yeni baş məşqçisi bəlli oldu.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu Azər Bağırovla anlaşıb. Təcrübəli mütəxəssislə mövsüm sonuna qədər müqavilə imzalanıb.

A.Bağırov özü ilə iki köməkçi də gətirəcək. Söhbət qardaşı Araz Bağırovla analitik Rakif Əliyevdən gedir. Təyinatların yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

Xatırladaq ki, “Kəpəz” uğursuz gedişatın ardından Adil Şükürovla yolları ayırmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43