22 İyul 2026
Ölkə futbolu

Kamal Umudlu İngiltərənin oyununu idarə edəcək

Kamal Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.
İdmanxeber.az-ın məlumatına görə, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43