07 İyun 2026
Ölkə futbolu

“Karvan Yevlax” – “Sabah” matçına doğru: İki tərəfdə vacib itkilər

Misli Premyer Liqasının VII turunda “Karvan Yevlax” “Sabah”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, görüşə iki komanda da itkilərlə çıxacaq. Yevlax klubunda zədəli olan Araz Abdullayev, Mikels və Mateuş Pedro meydana çıxa bilməyəcək.

“Sabah”da isə Noqeyra, Sekidika, Uld Xalid, Aleksey İsayev, Kupusoviç və Letiç zədə səbəbindən kənarda qalacaq.

Xatırladaq ki, qarşılaşma saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43