“Manşester Siti”nin futbolçusu Kevin de Brüyne mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu sosial şəbəkə hesabından bu barədə paylaşım edib. Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir.
De Brüyne “Mançestr Siti”də 413 oyun keçirib, 106 qol vurub və 174 məhsuldar ötürmə edib. O, İngiltərə klubunda 18 kubok qazanıb.

