Ölkə futbolu

“Klubun bu şirkət tərəfindən alınması doğrudu” – Paytaxt təmsilçisinin rəsmisi

Azərbaycan II liqa təmsilçisi “Şəfa”nın İsmayıllını təmsil etmə variantı haqqında məlumat vermişdik.

“Şəfa”nın idman direktoru Elvin Ələsgərov İdmanxeber.az-a verdiyi açıqlamasında klubun “MY Group” MMC tərəfindən alındığını, “play-off matçından sonra təmsil edəcəkləri bölgəni açıqlayacaqlarını bildirib:

“Klubun “MY GROUP Holding” tərəfindən alındığı doğrudu. Qarışımızda bəlli hədəflər və planlar var. Kluba yeni sponsorların cəlb edilməsi yönündə də addımlar atılır. İnanırıq ki, gələcəkdə yaxşı işlər görəcəyik.

Qaldı ki, klubun hansısa bölgəni təmsil etməsinə, bu barədə yalnız “play-off” matçından sonra rəsmi açıqlama veriləcək. Doğrudu, bu haqda danışıqlar aparılıb, lakin hələ heç bir qərar qəbul edilməyib. Hansı rayonu təmsil edəcəyimizə gəlincə, bir yox, bir neçə rayonun adı hallanıb. Ancaq nəticə etibariylə heç bir qərar qəbul edilməyib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43