Ölkə futbolu

Premyer Liqada azarkeş rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasının XXXVI turunda azarkeş rekordu qeydə alınıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son turun oyunlarını 24 300 tamaşaçı izləyib.

Bu isə mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13 800 izləyici.

Ümumilikdə isə çempionatın 180 matçında 276 487 tamaşaçı olub. Orta hesabla hər oyunu 1536 azarkeş izləyib.

XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 nəfər izləyib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox tərəfdar toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.

yer komanda oyun tamaşaçı orta
1 Turan Tovuz 18 73900 4106
2 Sumqayıt 18 51516 2862
3 Neftçi 18 31321 1740
4 Sabah 18 26997 1500
5 Qarabağ 18 22628 1257
6 Zirə 18 20200 1122
7 Kəpəz 18 14615 812
8 Səbail 18 14190 788
9 Qəbələ 18 10730 596
10 Araz-Naxçıvan 18 10390 577
Cəmi 180 276487 1536

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43