Ölkə futbolu

“İrəvan”a I Liqa üçün lisenziya verilmədi

“İrəvan” komandası növbəti mövsüm Azərbaycan I Liqasında iştirak etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın Lisenziya Komissiyası sözügedən kluba 2024/2025 mövsümündə turnirdə iştirak üçün lisenziya verməyib.

Əvəzində II Liqada çempion olan “Baku Sportinq” yarışda mübarizə aparacaq. Paytaxt təmsilçi bunun üçün müvafiq lisenziyaya da sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43