Dünya futbolu

“Real”ın təklifinə “hə” dedi, 4 illik müqavilə imzalandı

“Real” qapıçısı Andrey Luninlə mövcud müqaviləni uzadıb.

İdmanxeber.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı qolkiperin sözləşməsi 2025-ci ildə başa çatırdı. Madrid təmsilçisi qapıçıya 2029-cu ilədək nəzərdə tutulan müqavilə təklif edib.

Tərəflər arasında baş tutan danışıqlar müsbət yekunlaşıb və Luninlə olan müqavilə 2029-cu ilədək uzadılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43