Ölkə futbolu

“Komanda daxilində müsbət əhval-ruhiyyə var” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev klubun mətbuat xidmətinə müsahibə verib.

İdmanxeber.az xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə Avstriyada davam edən təlim-məşq toplanışını dəyərləndirib:

“Burada komanda üçün gözəl şərait yaradılıb. Hava şəraiti, meydanların durumu yüksək səviyyədədir. Üstəlik, güclü rəqiblərlə yoxlama oyunu keçirdik. Futbolçuların bu toplanışa yanaşmasından da çox razıyam. Onlar məşqlərdə inamlı təsir bağışlayırlar. Addım-addım öz ideal formalarını bərpa edirlər. Komanda daxilində müsbət əhval-ruhiyyə var”. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43