22 İyun 2026
Dünya futbolu

La Liqa klubu baş məşqçi ilə müqavilə uzatdı

“Espanyol” komandanın baş məşqçisi Manolo Qonzaleslə müqaviləni uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşmə 2026/2027 mövsümünün sonuna kimi hesablanıb. İspan mütəxəssis 2024-cü ildən əsas komandaya rəhbərlik edib. 46 yaşlı Qonzalesin rəhbərliyi altında “Espanyol” pley-offda “Ovyedo”ya qalib gələrək La Liqaya daxil olub.

2024/25 mövsümündə komanda 42 xalla İspaniya çempionatının turnir cədvəlində 14-cü yeri tutub. Aprel ayının nəticələrinə əsasən, Qonzales La Liqada ayın ən yaxşı məşqçisi seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43